İran prezidenti Məsud Pezeşkianın Pakistana səfər edəcəyi gözlənilir.
Bakıvaxtı.az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bununla bağlı prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Həbib Abbasi açıqlama verib.
Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki səfərlər zamanı qəbul edilmiş qərarların icrasını izləmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq və Pakistanın İranla ABŞ arasında vasitəçilik səylərinə görə prezidentin minnətdarlığını bildirməkdir.
"Səfər sabah baş tutacaq və çox güman ki, bir gün davam edəcək", - deyə Abbasi bildirib.
Qeyd edək ki, Pakistan Qətərlə birlikdə İran və ABŞ arasında danışıqlarda vasitəçilik edir. Danışıqların ilk mərhələsi dünən İsveçrənin Bürgenştok şəhərində baş tutub.
Gülşən Şərif
Bakı 



