• Bakı 24° C

    4.4 m/s

Küveyt dron hücumuna məruz qaldı

DÜNYA

24 Aprel 2026 | 15:28

Küveyt dron hücumuna məruz qaldı

İraqdan buraxılan iki pilotsuz uçuş aparatı Küveytin şimalında iki sərhəd postuna zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, hadisə nəticəsində maddi ziyan dəyib, insan tələfatı olmayıb.

    Müdafiə Nazirliyindən o da bildirilib ki, ABŞ-İsrail və İran arasında müharibə dövründə İraqdan İranın dəstəklədiyi qüvvələr tərəfindən ölkəyə yüzlərlə dron və raket hücumu həyata keçirilib. Bu hücumlar Küveytin kritik infrastrukturuna, o cümlədən hava limanları, enerji obyektləri və ABŞ qüvvələrinin yerləşdiyi “Əli əl-Salem” hava bazasına zərər vurub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026