q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Ucarda vəhşi heyvan sakinlərə hücum etdi: xəsarət alanlar var

CƏMİYYƏT

24 Aprel 2026 | 13:00

Ucarda vəhşi heyvan sakinlərə hücum etdi: xəsarət alanlar var

Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Rəstəcə kəndində baş verib. 

Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıb. M. Həsənovanın barmağı amputasiya olunub.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə caqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar./APA


SON XƏBƏRLƏR