ABŞ-də tornoda baş verib.
Bakıvaxtı.az xəbər verir ki, "ABC" televiziya şirkətinin məlumatına görə, təbiət hadisəsi Oklahoma ştatının şimalında qeydə alınıb.
Tornado nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Məlumata əsasən, təbii fəlakət Qarfild dairəsinə təsir göstərib və Vens Hərbi Hava Qüvvələri bazasına kiçik ziyan vurub.
Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatı aparır.
Xəsarət alanların sağlamlıq vəziyyəti barədə hələlik məlumat verilməyib.
Bakı 




