q
  • Bakı 13° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Məzahir Pənahovla bağlı QƏRAR VERİLƏCƏK

SİYASƏT

24 Aprel 2026 | 11:25

Məzahir Pənahovla bağlı QƏRAR VERİLƏCƏK

Milli Məclisin aprelin 27-də keçiriləcək iclasında ölkənin seçki sistemində mühüm qərarlardan biri müzakirəyə çıxarılacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ daxil edilib.

Məlumata görə, müzakirə olunacaq qərar layihəsi çərçivəsində MSK-nın yeni tərkibinin formalaşdırılması, eləcə də mövcud boş yerlərə əvəzedici üzvlərin təyin olunması nəzərdə tutulur. Bu addım ölkədə seçki proseslərinin təşkili və idarə olunmasına məsul olan qurumun fəaliyyətinin davamlılığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən bütün seçkilərin təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinə nəzarət edən əsas dövlət orqanıdır.

Məsələnin müzakirəsi Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında aparılacaq və səsvermə yolu ilə qərarın qəbul edilməsi gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Aprel 2026