Turetta sindromu erkən yaş dövründə başlayan, motor və vokal tiklərlə xarakterizə edilən, xroniki gedişli neyroinkişaf pozuntusudur.
Bakıvaxtı.az xəbər verir ki, tiklər istəksiz, qəfil və təkrarlayıcı xarakter daşıyır.
Motor tiklər göz qırpma, baş sallama, çiyin qaldırma kimi bəsit qeyri-iradi hərəkətlərdir. Vokal tiklər isə sadə boğaz təmizləmə, burun çəkmə və qarmaşıq səslərdir.
Turetta sindromlu (Turet) uşaqlarda tiklərdən başqa, hiperaktivlik və diqqət çatışmazlığı, obsessiv kompulsiv pozğunluqlar, öyrənmə problemləri, yuxu pozğunluqları və digər davranış pozğunluqları dadaxildir.
Xəstəliyin yaranmasına genetika və ətraf mühit təsir edə bilir. Araşdırmalara görə, dofamin, noradrenalin və serotonin sintezinin azalması da tiklərin yaranmasında rol oynayır.
İlk simptomlar uşaqlıqda 4-5 yaşlarında görünür. Xəstəliyə daha çox oğlan uşaqlarında rast gəlinir.
Turetta sindromunun iki növü var:
Keçici tik pozğunluğu - Bir və ya birdən çox motor və ya vokal tiklərlə xarakterizə olur. Bu tiklər 1 ildən artıq müddət davam etmir.
Xroniki motor və ya xroniki tik pozğunluğu - Tək və ya birdən çox motor və ya vokal tiklərlə xarakterizə olur. Xəstəlik boyu motor və vokal tiklər birlikdə görünür. Bir ildəndən çox davam edir. Daha çox baş, boyun, yuxarı ətraflarda baş verir.
Xəstəliyin təyin edilməsində həkimlər həm motor, həm də vokal tiklərin hansı dövrdə və intensivlikdə ortaya çıxdığını izləyirlər. Eyni zamanda, başqa nevroloji və psixoloji pozğunluqlarla idarə edilməməsi üçün əlavə diaqnostik metodlardan istifadə olunur. Sindromunun diaqnozu üçün xüsusi laborator test yoxdur, lakin nevroloji müayinə beyin və sistem ilə bağlı başqa xəstəliklərin qarşısının alınmasına kömək edir.
Turetta sindromu asanlıqla aradan qaldırıla bilər. Müalicə planı fərdi şəkildə hazırlanır.
Gülşən Şərif
Bakı 




