q
  • Bakı 12° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Masazırda anti-sanitariya - NƏ BAŞ VERİR?

CƏMİYYƏT

24 Aprel 2026 | 13:30

Masazırda anti-sanitariya - NƏ BAŞ VERİR?

Abşeron rayonunun Masazır qəsəbəsində antisanitar vəziyyət müşahidə olunur.

Bu barədə Bakıvaxtı.az-a qəsəbə sakinləri bildiriblər.

Onların saytımızın "qaynar xətt"inə etdikləri şikayətə görə, İsmət Qayıbov küçəsində antisanitar vəziyyət hökm sürür:

"777" Marketin yerləşdiyi binanın qarşısındakı zibil konteynerlərinin ətrafına üfunət iyi yayılır. Ərazidəın keçmək sakinlər üçün cəhənnəm əzabına dönüb".

Sakinlərin bildirdiyinə görə, uzun müddətdir ərazidə tullantıların vaxtında daşınmaması və konteynerlərin dolub daşması nəticəsində zibillər ətrafa yayılır.

"Baş çatladan pis qoxu həm də ərazidə sanitar-gigiyenik şəraitin pisləşməsinə səbəb olur", -sakinlər şikayətlənirlər.

Həmin ərazidən görüntüləri təqdim edirik.

Murad İsmayıl

 


SON XƏBƏRLƏR