q
  • Bakı 13° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Sürücülər üçün kabus: Biləcəri körpüsü TƏHLÜKƏ SAÇIR

CƏMİYYƏT

24 Aprel 2026 | 08:53

Sürücülər üçün kabus: Biləcəri körpüsü TƏHLÜKƏ SAÇIR

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində, bu ərazini Bakı-Sumqayıt yolu ilə birləşdirən körpünün kənarında dəmir arakəsmə yararsız hala düşüb.

Bakıvaxtı.az xatırladır ki, bir müddət öncə həmin hissədə avtomobil qəzası baş verib və nəticədə dəmir arakəsmə tamamilə deformasiyaya uğrayıb. Məsələnin daha ciddiliyi isə bu arakəsmələrin körpünün üzərində yerləşməsidir. Bu isə sürücülər üçün olduqca böyük təhlükə, risk vəd edir.

Bir ilə yaxındır ki, vəziyyət olduğu kimi qalır, aidiyyəti qurumlar problemin həlli ilə bağlı əməli addımlar atmırlar.

Xatırladaq ki, ötən il sentyabrın 6-da sözügedən körpüdə ağır yol-nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı yük maşını idarəetmədən çıxıb, körpüdən aşıb, minik avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olub.

Aydın Baxış


SON XƏBƏRLƏR

23 Aprel 2026