q
  • Bakı 13° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

"Beşimizin adına görə kanala sponsor gəlib" - Tolik

ŞOU

24 Aprel 2026 | 10:46

Beşimizin adına görə kanala sponsor gəlib - Tolik

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) səsləndirdiyi sərt fikirlərlə diqqət çəkib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, açıqlamasında bəzi həmkarlarını tənqid edərək, televiziya fəaliyyət göstərdiyi dövrdə səhər verilişləri ilə yüksək reytinqlər topladığını iddia edib. Tolik bildirib ki, həmin vaxtlar onun layihələri bir çox proqramları geridə qoyub.

Aparıcı eyni zamanda sponsor məsələsinə də toxunaraq, öz adının kanala sponsor cəlb etməkdə mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, vaxtilə aparıcılıq etdiyi proqramda 15 sponsorla əməkdaşlıq edib və sponsorların məhz aparıcının adına görə layihəyə qoşulduğunu deyib.

Tarix Əliyev hazırda efirdə olan bəzi verilişləri də tənqid edərək, onların səviyyəsindən narazı qaldığını bildirib. O, lazım gələrsə yenidən səhər proqramı ilə efirə qayıda biləcəyini və bu sahədə uğur qazanmağa qadir olduğunu qeyd edib:

"Televiziyada olduğum vaxt bir çoxunuzun səhər verilişlərini reytinq baxımından geridə qoyurdum. Sponsorlarım da sizinkilərdən daha güclü idi. Bu gün efirdə olan heç bir aparıcı deyə bilməz ki, Xoşqədəm Baxşəliyeva, Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz və Tarix Əliyev kimi öz adına kanala sponsor gətirib.

Siz bu gün televiziyada olanlar, "Xəzər TV"də Gökhan bəyin şirkətlərlə münasibətləri sayəsində sponsor tapırsınız. Mən "Xəzər"də veriliş aparanda, digər aparıcılar getdikdən sonra proqramımı 15 sponsorla davam etdirirdim. Sponsorlar məhz aparıcının adına görə gəlir və onunla birlikdə kanalı da tərk edir.

Səhər televiziyanı açanda bəzi verilişlərdəki yaltaqlıq məni narahat edir. Bir gün ərzində Vəfa ilə Nəfisəni dəvət etdiyim proqram YouTube-da 48 min baxış toplayaraq rekord qırmışdı. Məni məcbur etməyin ki, yenidən səhər canlı yayımı ilə efirə qayıdım - buna gücüm çatır".

Aparıcının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Milli.Az


SON XƏBƏRLƏR

23 Aprel 2026