Bakı–Qazax avtomobil yolunda yol hərəkəti qaydalarını pozaraq infrastruktur obyektlərinə zərər vuran sürücü saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə 22 aprel 2026-cı il saat 15:50 radələrində yolun 330-cu kilometrliyində qeydə alınıb.
“Kamaz” markalı yük avtomobilinin sürücüsü Məmmədov Elvin Məlik oğlu elektron tərəziyə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə yolun hərəkət hissəsindən çıxaraq yolun çiyin hissə ilə hərəkət edib və beton arakəsmələrə ziyan vurub.
Qanunazidd hərəkətlər müşahidə kameraları ilə aşkar edilib və sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, faktla bağlı inzibati məsuliyyətə cəlb olunub.
Bakı 




