q
  • Bakı 13° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Zal Yusifovun oğlu hakim qarşısında

CƏMİYYƏT

24 Aprel 2026 | 16:06

Zal Yusifovun oğlu hakim qarşısında

Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Zərərçəkmiş Kənan Əsgərov bildirib ki, təqsirləndirilən şəxslərə 55 min manat pul verib:

“Evi almaq istəyəndə sənədlərinə baxmışdım, hamısı yerində idi. İslam mənə Xırdalanda evinin olduğunu dedi. 3 otaqlı evin qiyməti 72 min manat idi. Mənə açarları verdilər ki, ev sənindi. Sonra müqavilə hazırladılar. Ancaq müqavilənin saxta olduğunu gördüm”.

İslam Yusifov zərərçəkmişin dediklərinin müəyyən hissəsi ilə razılaşıb: 

"Mənim ona 265 min manat borcum var. O pulun 10 min manatını ödəmişəm. Bağçanı sat demişəm ancaq abyekti sat deməmişəm".

Prosesdə zərərçəkən Gündüz Soltanzadə isə vəkilinin iştirakı olmadan ifadə vermək istəmədiyini bilidirib. 

Hakim bildirib ki, hər iki vəkillə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti o, oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.
Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.
İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.
Hakim bildirib ki, təqsirləndirilən şəxslərin əməli məhkəmədə sübuta yetirilsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək cəza gözləyir.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.


SON XƏBƏRLƏR