q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Yola kənar insan müdaxiləsi toqquşmalara səbəb olub - ADY

CƏMİYYƏT

24 Aprel 2026 | 15:16

Yola kənar insan müdaxiləsi toqquşmalara səbəb olub - ADY

Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır: "ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".


SON XƏBƏRLƏR