• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Meksika səfiri Naxçıvanda - FOTO

SİYASƏT

24 Aprel 2026 | 17:59

Meksika səfiri Naxçıvanda - FOTO

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Naxçıvana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, diplomat aprelin 24-də Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Meksika arasında dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.

Görüşdə həmçinin Naxçıvan ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


Meksika səfiri Naxçıvanda - FOTOMeksika səfiri Naxçıvanda - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR