• Bakı 17° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İran polisindən konsulun ölümü ilə bağlı AÇIQLAMA

SİYASƏT

24 May 2026 | 13:36 | Müəllif: Əli Hüseynov

İran polisindən konsulun ölümü ilə bağlı AÇIQLAMA

İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranovun həlak olduğu avtomobil qəzasının ilkin təfərrüatını açıqlayıb.

Bakıvaxtı.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

FƏRACA Yol Polisi İdarəsinin rəisi Əhməd Kərimi Əsəd bildirib ki, hadisə şənbə günü günorta saatlarında Mərənd polis yol postunun nəzarət etdiyi ərazidə qeydə alınıb.

Məlumata görə, diplomatik nömrə nişanlı "KIA Sportage" markalı avtomobil yolun kənarında dayanmış betondaşıyan mikser yük maşını ilə toqquşub.

Polisin açıqlamasında qeyd olunub ki, avtomobildə yalnız Azərbaycan vətəndaşı Ramil İmranov olub və o, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin araşdırmalar zamanı sürücünün toqquşmadan əvvəl avtomobili idarə etmək üçün effektiv reaksiya vermədiyi müəyyən edilib. Hadisə yerində əyləc izlərinin olmaması da buna sübut kimi göstərilib.

FƏRACA rəsmisinin sözlərinə görə, qəzanın ilkin səbəbi "sürücünün yola kifayət qədər diqqət yetirməməsi" hesab olunur. Bununla yanaşı, sürücünün qəzadan əvvəl sağlamlığında problem yaranması ehtimalının da araşdırıldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026