• Bakı 25° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Prezidentlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLAR

SİYASƏT

23 Iyun 2026 | 12:56

Prezidentlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLAR

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

Bakıvaxtı.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026