• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Həmin ordeni Polşaya qaytardı

SİYASƏT

23 Iyun 2026 | 12:10 | Müəllif: Əli Hüseynov

Həmin ordeni Polşaya qaytardı

Ukrayna Prezidenti Volodimir Zelenski “Ağ Qartal” ordenini Polşaya qaytarıb.

Bakıvaxtı.az “Polsat News”a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leskeviç bildirib.  

“Orden geri qaytarılıb. Bu gün biz onu prezident dəftərxanasından götürdük. Geri qaytarılmış orden saxlanılması üçün Mükafatlar və Təyinatlar İdarəsinə təhvil veriləcək. Konkret bu orden bundan sonra heç kimə təqdim olunmayacaq”, - mətbuat katibi deyib.

Leskeviç əlavə edib ki, Polşa Ukrayna ordusunun hərbi bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsinə biganə qala bilməzdi.

Xatırladaq ki, daha əvvəl K.Navrotski V.Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Zelenski iyunun 20-si “Ağ Qartal” ordenini poçtla geri göndərmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026