• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Deputat: Dünyada problemlər var, amma Azərbaycanda müvəqqətidir

SİYASƏT

24 Fevral 2026 | 11:11 | Müəllif: Əli Hüseynov

Deputat: Dünyada problemlər var, amma Azərbaycanda müvəqqətidir

Bu gün Azərbaycan xalqı qalibdir. Şimal da, cənub da od içində olsa da, Azərbaycan xalqı üçün çətinliklərin heç biri davamlı deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov səsləndirib.

Onun sözlərinə görə, dünyada heç bir coğrafiya problemlərdən tamamilə azad deyil, lakin Azərbaycanda qarşılaşılan çətinliklər müvəqqətidir.

“Bizim ölkəmizdə yaranan hər hansı sosial, iqtisadi və siyasi çətinliklər müvəqqəti xarakter daşıyır. Dövlətimiz güclü, idarəetməmiz möhkəm, xalqımız isə bir yumruq kimi birləşib. Bu gün Azərbaycanın uğurları və sabitliyi göstərir ki, qarşılaşdığımız problemlər həll ediləcək və xalqımızın rifahı davamlı olacaq”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın davamlı inkişafı və xalqın əmin-amanlığı təmin olunmuşdur, bu da digər bölgələrdə yaşanan gərginlik və münaqişələrlə müqayisədə ölkəmizin fərqli mövqedə olduğunu göstərir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026