• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Macarıstan Ukraynanın "neft blokadasına" son qoyacaq - Orban

DÜNYA

24 Fevral 2026 | 12:56

Macarıstan Ukraynanın neft blokadasına son qoyacaq - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın ölkəsini Rusiya neftinə çıxışdan məhrum etmək cəhdlərini "neft blokadası" adlandırıb və bunun uğurlu olmayacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Orbanın sözlərinə görə, Budapeşt Ukrayna hakimiyyəti "Drujba" boru kəməri ilə neft tranzitini bərpa edənə qədər Brüsselə Kiyevə yardım göstərməyə icazə verməyəcək.

O qeyd edib ki, ukraynalılar nə etdiklərini dəqiq bilmirlər: "Onlar Macarıstanda yanacaq qıtlığı yaratmaq və seçkilərdən bir neçə həftə əvvəl benzinin qiymətini 1000 forint (2,50 avrodan çox) qaldırmaq istəyirlər. Onlar bunu hökumətimizi devirmək və onu Kiyevə sadiq olan öz tərəfdarları ilə əvəz etmək üçün edirlər".

"Bu, işə yaramayacaq. Ehtiyatlarımızı artırdıq və ölkəni yanacaq çatışmazlığından xilas etdik. Ukraynalılara 90 milyard avroluq Aİ hərbi kreditini dayandırdıq və Prezident Zelenski özünə gələnə qədər Brüsselin Ukraynanın xeyrinə hər hansı bir qərar verməsinin lehinə səs verməyəcəyik", - deyə Baş nazir əmin edib.

Aynur Babazadə


SON XƏBƏRLƏR