Ağdam rayonunun Xındırıstan kəndində tövlədən meyit aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, 1954-cü il təvəllüdlü kənd sakini Əzimova Zibeydə Nəziman qızının meyiti yaşadığı ünvanda yerləşən tövlədə tapılıb. Yaxınlarının bildirdiyinə görə, onun müəyyən psixoloji problemləri olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




