• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Deputat Qarabağa "Böyük köç"dən DANIŞDI

SİYASƏT

24 Fevral 2026 | 11:26

Deputat Qarabağa Böyük köçdən DANIŞDI

Deputat Razi Nurullayev işğaldan azad olunmuş ərazilərin bərpasında bütün maliyyə yükünün dövlətin çiynində olmasının davamlı model olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, hazırda köçkünlər üçün evlər əsasən dövlət hesabına tikilir, amma iş yerlərinin azlığı və iqtisadi imkanların zəifliyi səbəbindən bir çox sakin geri qayıdır.

“Dövlətin rolu ev tikmək deyil, yol çəkmək, su, qaz, işıq, internet, məktəb və xəstəxana yaratmaqdır. Ev tikintisi mərhələli və vətəndaşın iştirakı ilə olmalıdır. İnsan öz evini tikdikcə torpağa bağlanır, sosial münasibətlər formalaşır və büdcəyə də daha az yük düşür”, – deputat vurğulayıb.

O əlavə edib ki, bölgənin bərpası yalnız dövlət layihələri ilə mümkün deyil; ərazilər özəl sektora açılmalı, KOB-lar üçün əlverişli şərait yaradılmalı və kəndlər funksional zonalara bölünməlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Fevral 2026