• Bakı C

    8.95 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

"Beşiktaş"ın heyətində ciddi itki

İDMAN

23 Fevral 2026 | 21:20

Beşiktaşın heyətində ciddi itki

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.

Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun "Göztepe" ilə matçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, "Beşiktaş" Emirhan Topçunu 2024-cü ilin yayında "Rizespor"dan 3,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.


SON XƏBƏRLƏR