Polis Britaniyanın ABŞ-dəki keçmiş səfiri Peter Mandelsonu vəzifə səlahiyyətlərindən sui-istifadə etmək şübhəsi ilə saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" London polisinə istinadən məlumat yayıb.
"O, 23 fevral Bazar ertəsi günü Camden şəhərindəki bir ünvanda həbs edilib və dindirilmək üçün London polis bölməsinə aparılıb. Bu, Uiltşir və Camdendəki iki ünvanda aparılan axtarışlardan sonra baş verib", - deyə polisin açıqlamasında bildirilir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Mandelsonu 2025-ci ilin fevral ayında ABŞ-yə səfir təyin etmişdi, lakin diplomat sentyabr ayında amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə işdən çıxarılmışdı.
Bakı 




