• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi

SİYASƏT

24 Fevral 2026 | 11:40

Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi

İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilib.

Buna səbəb kimi "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər" göstərilir.

Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib./APA


SON XƏBƏRLƏR

23 Fevral 2026