Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Xəzər dənizinin kompleks şəkildə öyrənilməsi, qorunması və regionun ekoloji dayanıqlığının dəstəklənməsi ilə bağlı tapşırıqlarının icrası çərçivəsində hökumətin ehtiyat fondundan Xəzər Dənizi Tədqiqatlar İnstitutuna 1,1 milyard təngə ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Müvafiq qərarı Qazaxıstan Baş naziri Oljas Bektenov imzalayıb.
Maliyyələşmə institutun elmi potensialının gücləndirilməsinə töhfə verəcək. Vəsait dənizdə monitorinq aparmaq üçün əsas avadanlıqların alınması, hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz olunmasına yönəldiləcək. Bu isə dənizin Qazaxıstan sektorunda baş verən proseslər barədə elmi cəhətdən əsaslandırılmış məlumat bazasının formalaşdırılmasına imkan verəcək.
Qərarın icrası üçün Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bütün zəruri tədbirlərin görülməsi, Maliyyə Nazirliyinə isə büdcə vəsaitlərinin məqsədli istifadəsinə ciddi nəzarətin təmin edilməsi tapşırılıb./Teleqraf
Bakı 




