• Bakı C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Azərbaycanlı şagird 82 min dollarlıq təqaüd qazandı

CƏMİYYƏT

24 Fevral 2026 | 10:02

Azərbaycanlı şagird 82 min dollarlıq təqaüd qazandı

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.


SON XƏBƏRLƏR

23 Fevral 2026