• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qalmaqallı prokuror işdən çıxarıldı - FOTOLAR

CƏMİYYƏT

25 Mart 2026 | 22:31 | Müəllif: Subhan Mahmudov

Qalmaqallı prokuror işdən çıxarıldı - FOTOLAR

Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. 

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur.


Qalmaqallı prokuror işdən çıxarıldı - FOTOLARQalmaqallı prokuror işdən çıxarıldı - FOTOLARQalmaqallı prokuror işdən çıxarıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026