• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Həccə getmək istəyənlərin sayı artdı

CƏMİYYƏT

24 Fevral 2026 | 12:07

Həccə getmək istəyənlərin sayı artdı

Həcc ziyarəti üçün kvotanın 82 faizindən çoxu tamamlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

V.Cahangiri qeyd edib ki, Ramazan ayı daxil olandan müraciətlərdə aktivliyin artması müşahidə olunur və qəbul prosesi davam edir.

Bildirilib ki, Həcc niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

Əlavə olaraq qeyd edilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 7 mart 2026-cı il tarixində başa çatacaq. 

Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Xatırladaq ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu 22 oktyabr 2025-ci il tarixindən etibarən başlayıb.


SON XƏBƏRLƏR

23 Fevral 2026