• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Rusiyaya qarşı sanksiyalar və tədbirlər davam etdiriləcək - Makron

DÜNYA

24 Fevral 2026 | 13:26

Rusiyaya qarşı sanksiyalar və tədbirlər davam etdiriləcək - Makron

Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya neftinin daşınması ilə əlaqəli tankerlərin imkanlarını məhdudlaşdırmağa davam edəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, Makron bunu "X"də yazıb.

"Biz həmçinin Rusiya hərbi iqtisadiyyatını təqib etməyə davam edəcəyik: sanksiyalar kursuna sadiq qalacaq və "kölgə donanması"na qarşı tədbirlərimizi davam etdirəcəyik. Təhlükəsizlik olmadan sülh olmayacağı və Ukraynada təhlükəsizliyimiz təhdid altında olduğu üçün biz könüllülər koalisiyasında iştirakımızı davam etdirəcəyik", - o qeyd edib.

Makron xatırladıb ki, Avropa ölkələri Ukraynaya 90 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı razılığa gəliblər.

"Avadanlıq və sursat tədarükü, təlim, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatlarına qarşı mübarizənin gücləndirilməsi davam etdiriləcək", - prezident yazıb.


SON XƏBƏRLƏR