• Bakı C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

İrandan Rusiyaya narkotik tranzitinin qarşısı alındı - FOTO

CƏMİYYƏT

24 Fevral 2026 | 09:36

İrandan Rusiyaya narkotik tranzitinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakıvaxtı.az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 Fevral 2026