• Bakı C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır

CƏMİYYƏT

23 Fevral 2026 | 20:37

Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır

Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Bakıvaxtı.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


SON XƏBƏRLƏR