• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdı

İQTİSADİYYAT

23 Fevral 2026 | 20:08 | Müəllif: Subhan Mahmudov

Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdı

Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında çıxışı zamanı bildirib.

"Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək", - Ş. Mustafayev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026