• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Neftçi” onun formasını əbədiləşdirdi

İDMAN

23 Fevral 2026 | 20:12 | Müəllif: Subhan Mahmudov

Neftçi” onun formasını əbədiləşdirdi

“Neftçi” futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilir ki, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması istifadədən qaldırılacaq.

Bununla bağlı qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.

“O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq”, - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026