• Bakı 10° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Milliyə çağırılmadı, həftəsonunu qumarda keçirdi

İDMAN

24 Mart 2026 | 14:22

Milliyə çağırılmadı, həftəsonunu qumarda keçirdi

“Santos”un hücumçusu Neymar həftəsonunu qumara həsr edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu saatlarla onlayn poker oynayıb.

Məlumatda qeyd olunub ki, o, şənbə günü saat 14:30-dan 22:00-a qədər vaxtını oyunda keçirib. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub. 

Qeyd edək ki, A seriyasında “Kruzeyro” - “Santos” oyunu bazar günü saat 16:00-da keçirildiyi halda Neymar həmin vaxt da poker turnirində iştirak edib.

Xatırladaq ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı millinin heyətinə daxil etməyib.


SON XƏBƏRLƏR

23 Mart 2026