• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Şahruddin Elvinə söz atırdı? - FOTO

İDMAN

23 Aprel 2026 | 14:05

Şahruddin Elvinə söz atırdı? - FOTO

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Bakıvaxtı.az İdman.Biz-ə istinadən bildirir ki, təcrübəli qolkiper Bizon Azərbaycan Kubokunun yarımfinalında "Sabah" ilə keçirilən və komandası üçün uğursuz nəticələnən qarşılaşmadan (1:2, 2:2) dərhal sonra "Instagram" hekayəsində "indi kimin kim olduğunu bilirik" sözlərini yazıb.

Bu ifadə isə birmənalı qarşılanmayıb.

Azarkeşlər arasında müxtəlif fikirlər formalaşıb. Bəziləri paylaşımın oyunda baş verən hadisələrə işarə etdiyini düşünür, digərləri isə bunun komandadaxili gərginlik yaşayan və matçdan sonra müəmmalı paylaşımı ilə gündəmə gələn Elvin Cəfərquliyevə ünvanlandığını iddia edir.


Şahruddin Elvinə söz atırdı? - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026