Faəliyyətini dayandırmış "Xəzər Lənkəran" klubunun prezidenti Mübariz Mənsimov sosial şəbəkə hesabında paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Sport24.az-ın məlumatına görə, o bildirib ki, bu gün Lənkəran təmsilçisinin əfsanələri Alim Qurbanov, Zaur Ramazanov, eləcə də futbolda çox tanınmış və hörmət etdiyim insanlardan biri Oktay Abdullayev qonağı olublar.
"Təbii ki, söhbət daha çox futboldan düşdü. "Xəzər-Lənkəran"la bağlı xatirələri yada saldıq. O vaxtlar həqiqətən başqa ab-hava var idi. Gözəl maçlar, güclü heyət, böyük mübarizə… "Xəzər-Lənkəran" Azərbaycan futbolunda öz izini qoymuş klubdur və hər zaman da insanların yaddaşında gözəl xatirələrlə qalacaq.
O illəri hər zaman yaxşı xatırlayıram. Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də komanda azarkeşlərinin coşğusunu görmək unudulmaz idi. Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi.
Buradan bütün "Xəzər- Lənkəran" azarkeşlərini, klubda əməyi keçən futbolçuları, məşqçiləri və bütün kollektivi salamlayıram".
Bakı 




