• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanına 4:0 hesabla qalib gəlib - YENİLƏNİB

İDMAN

21 Iyun 2026 | 22:19 | Müəllif: Gülşən Şərif

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanına 4:0 hesabla qalib gəlib - YENİLƏNİB

2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyun başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma İspaniyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa təmsilçisinin heyətində Lamine Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubl edib. Oyunda son qol 49-cu dəqiqədə qeydə alınıb. Səudiyyə Ərəbistanının futbolçusu Hasan əl-Tambakti avtoqol müəllifi olub.

Qeyd edək ki, İspaniya ilk turda Kabo Verde ilə 0:0, Səudiyyə Ərəbistanı isə Uruqvayla 1:1 hesablı heç-heçə etmişdi.

H qrupunun digər oyununda Uruqvay Kabo Verde ilə qarşılaşacaq.

***

21:16

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.

49-cu dəqiqədə asiyalıların heyətində Həsən at-Tambakti avtoqol müəllifi olub.

***

21:11

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalıların üstünlüyü davam edir - 3:0.

11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.

***

20:54

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar fasiləyə böyükhesablı üstünlüklə yollanıblar - 3:0.

11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.

***

20:38

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda daha iki qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar ard-arda iki dəfə fərqləniblər - 3:0.

21 və 24-cü dəqiqələrdə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.

***

20:18

Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.

***

20:03

2026-cı il dünya çempionatında H qrupunun II turunun ilk oyununa start verilib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşır.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

İspaniya ilk turda Kabo Verde ilə 0:0 hesablı heç-heçə edib. Səudiyyə Ərəbistanı isə Uruqvayla 1:1 hesablı bərabərliyə qalıb.

Qeyd edək ki, H qrupunun digər oyununda Uruqvay Kabo Verde ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR