• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

DÇ-dən sonra imam olacağını demişdi - Yenidən gündəm oldu

İDMAN

21 Iyun 2026 | 13:53

DÇ-dən sonra imam olacağını demişdi - Yenidən gündəm oldu

“Mançester Yunayted” və Mərakeş millisinin müdafiəçisi Nussair Mazraui Dünya Çempionatından sonra peşəkar futbol karyerasını erkən başa vurma ehtimalı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı futbolçunun bu qərarı idman forması və zədələrlə bağlı deyil, şəxsi dini hədəfləri ilə əlaqələndirilir.

Mazraui daha çox vaxtını Quranı əzbərləməyə (hifz) və gələcəkdə imam kimi fəaliyyət göstərməyə həsr etmək istədiyini bildirib.

Futbolçunun bu fikirləri ilk dəfə mart ayında verdiyi müsahibədə gündəmə gəlib və DÇ yaxınlaşdıqca yenidən müzakirə olunmağa başlayıb. O, hələlik konkret qərar vermədiyini, lakin futbol sonrası həyatını dini fəaliyyətlərə yönəltmək fikrinə açıq olduğunu qeyd edib.

“Quranı əzbərləmək və bir gün məsciddə imam kimi xidmət etmək istəyirəm”, - futbolçu planlarının istiqamətini açıqlayıb.

Mazrauinin yekun qərarının DÇ-dən sonra dəqiqləşəcəyi gözlənilir.

Qeyd edək ki, futbolçu bununla bağlı dəfələrlə açıqlama verib, onun açıqlaması yenidən gündəm olub./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026