• Bakı 28° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

“Sabah” Finlandiya təmsilçisinə qarşı

İDMAN

21 Iyul 2026 | 09:01

“Sabah” Finlandiya təmsilçisinə qarşı

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.

Qarşılaşma saat 20:00-da başlayacaq və oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab görüşü iyulun 28-də Finlandiyada baş tutacaq.

Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” və Polşanın “Lex” klubları arasındakı duelin qalibi ilə qarşılaşacaq.

Məğlub komanda isə mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək. Belə ki, həmin kollektiv III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

20:00. “Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)

Baş hakim: Lukaş Kujma (Polşa)

Stadion: Masazır stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026