2026-cı il dünya çempionatının H qrupunun II turunda keçirilən İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, İspaniya millisinin hücumçusu Mikel Oyarzabal oyunun ən yaxşısı adına layiq görülüb.
Futbolçu komandasının 4:0 hesablı qələbə qazandığı görüşdə dubl edib. Oyarzabal 21 və 24-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, İspaniyanın digər qolunu Lamine Yamal vurub. Səudiyyə Ərəbistanının futbolçusu Hasan əl-Tambakti isə avtoqol müəllifi olub.
Bakı 



