• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı

İDMAN

21 Iyun 2026 | 13:25

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Hər 3 raundu xeyrinə başa vuran Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya Kubokunda qızıl medala yiyələnib.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub.

Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026