• Bakı 29° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu

İDMAN

20 Iyul 2026 | 20:58

“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu

“Football Meets Data” 2026/27 mövsümü avrokubokların ilk təsnifat mərhələsində qeydə alınan tamaşaçı sayını açıqlayıb.

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, siyahının zirvəsində “Qarabağ”ın İslandiya təmsilçisi “Vestri” ilə keçirdiyi ilk görüş yer alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı (3:0) 23 549 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” - “Vestri” matçı ilk təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan oyunu olub.

İlk üçlükdə aşağıdakı görüşlər qərarlaşıb:

1. “Qarabağ” - “Vestri” - 23 549 tamaşaçı;

2. “Hayduk Split” - “Jilina” - 22 352 tamaşaçı;

3. “Universitatya Kluj” - “Dinamo” (Kiyev) - 20 043 tamaşaçı.

Azərbaycanı təmsil edən digər klub - “Sabah” da siyahıda yer alıb. “The New Saints”lə Bakıda oyunu (2:0) 7 min azarkeş izləyib. Bakı təmsilçisi bu göstərici ilə ilk “15-lik”də 15-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026