• Bakı 28° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Yağış ciddi fəsadlar yaratdı - Tbilisidə

CƏMİYYƏT

21 Iyul 2026 | 09:09

Yağış ciddi fəsadlar yaratdı - Tbilisidə

Gürcüstanın paytaxtı Tbilisidə yağan şiddətli yağış bir neçə küçənin su altında qalmasına səbəb olub və şəhərdə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin birinci kanalı məlumat yayıb.

Bildirilib ki, Ağmaşenebeli xiyabanı, Qldani və Avlabari əraziləri, eləcə də Ədliyyə Evinin yaxınlığı su basmış bölgələr sırasındadır. Sosial şəbəkələrdə su altında qalmış küçələri və suda batmış avtomobilləri əks etdirən görüntülər yayılmaqdadır. Bəzi ərazilərdə sürücülər öz nəqliyyat vasitələrini sudan çıxarmaq üçün onları əllə itələməyə məcbur olublar.

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi xəbərdarlıq edib ki, iyulun 20-də gecədən iyulun 21-də səhərədək Tbilisi və onun ətrafında yağış, bəzi yerlərdə şimşək, dolu və küləyin güclənməsi gözlənilir. Qurumun məlumatına görə, intensiv yağıntılar kiçik çaylarda suyun səviyyəsinin artmasına, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel təhlükəsinə yol aça bilər. Təhlükə səviyyəsi ortadərəcəli hesab olunur. Tbilisi meri Kaxa Kaladze "Facebook" üzərindən canlı yayımda bildirib ki, müvafiq xidmətlər ən yüksək səviyyədə səfərbər edilib, bütün işçiləri küçələrdə, ehtiyac duyulan müxtəlif ərazilərdə fəaliyyət göstərirlər.

Kaxa Kaladze yağıntıların fəsadlar törətdiyi sağ sahilə bitişik ərazidə olub.

"Tbilisidə və şəhərin bəzi hissələrində yağan şiddətli leysan müəyyən küçələrdə çətinliklər yaradır. Aidiyyəti strukturlarımız tam səfərbər olunub. Onlar hər hansı problemin yaranmaması məqsədilə bəzi yol sahələrini preventiv olaraq bağlayırlar. Təmizlik işləri davam edir. Hazırda biz müəyyən çətinliklərin, daşqının qeydə alındığı sahil ərazisindəyik. Suyun səviyyəsi artıq azalmağa başlayıb, drenaj quyularının qapaqları qaldırılaraq açılıb. Daşqın olan başqa ərazilər də var idi - Universitet, Tamaraşvili küçələri", - deyə Kaxa Kaladze vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026