• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Qaradağda iki oğurluq hadisəsinin üstü açıldı, 3 nəfər saxlanıldı

HADİSƏ

20 Iyul 2026 | 16:28

Qaradağda iki oğurluq hadisəsinin üstü açıldı, 3 nəfər saxlanıldı

Qaradağ rayonunda baş verən iki ayrı oğurluq hadisəsi polis əməkdaşları tərəfindən açılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki fakt üzrə ümumilikdə 3 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, belə ki, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Araşdırmalar zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Bundan başqa, Qaradağ rayonunda qeydə alınan digər oğurluq hadisəsi zamanı bir nəfərə məxsus "Hyundai" markalı avtomobildən 19 min 800 manat pul oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026