• Bakı 29° C

    8.1 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Siyəzəndə narkoəməliyyat - Saxlanılanlar var

HADİSƏ

19 Avqust 2026 | 10:09

Siyəzəndə narkoəməliyyat - Saxlanılanlar var

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi qulluq edilərək yetişdirdiyi 62 ədəd narkotik tərkibli kol aşkarlanıb.

    Bundan başqa, rayon ərazisində keçirilən digər tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Avqust 2026