• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı

HADİSƏ

17 Sentyabr 2026 | 12:25 | Müəllif: Gülşən Şərif

Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı

Lənkəranda məsuliyyətdən yayınmaq üçün avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.

Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026