• Bakı 29° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Yaqub Əliyev vəfat etdi - YENİLƏNİB

HADİSƏ

19 Avqust 2026 | 10:00

Yaqub Əliyev vəfat etdi - YENİLƏNİB

Qusar rayonunun Bədirqala kəndində yol-nəqliyyat hadisəsi zamanı ölən piyada azyaşlı imiş.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Y.Əliyevi vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb:

"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır".

***

09:07

Qusarda avtomobil piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Bədirqala kəndi ərazisində qeydə alınıb.

Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisı yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026