Bukinqem sarayı Endryu Börnhemin Kral III Çarlz ilə görüşdüyünü və ona yeni hökuməti formalaşdırmağın həvalə edildiyini rəsmən təsdiqləyib.
Bu barədə Bakıvaxtı.az məlumat yayıb.
"Əlahəzrət Endryu Börnhemi qəbul edərək ona yeni hökuməti formalaşdırmağı tapşırdı. Endryu Börnhem Kralın təklifini qəbul etdi və baş nazir təyin olunması münasibətilə ənənəyə uyğun olaraq Kralın əlini öpdü", - Bukinqem sarayının bəyanatında deyilir.
Bu görüş Börnhemin Kir Starmeri baş nazir postunda əvəz etməsi prosesinin son rəsmi mərhələsi olub.
Bakı 



