• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Rus ordusu Ukraynada avtobus vurdu - ÖLƏNLƏR VAR

DÜNYA

19 Avqust 2026 | 14:47

Rus ordusu Ukraynada avtobus vurdu - ÖLƏNLƏR VAR

Avqustun 19-da səhər saatlarında Rusiya Silahlı Qüvvələri Xersonda sərnişin mikroavtobusuna zərbə endirib. Hadisə nəticəsində insanlar həlak olub.

Bu barədə Bakıvaxtı.az Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadla xəbər verir.

Təxminən saat 08:50-də Rusiya Silahlı Qüvvələri Xersonun Korabel rayonunda mikroavtobusa pilotsuz uçuş aparatı ilə zərbə endirib. Zərbə insanların gündəlik işləri ilə bağlı getdiyi ictimai nəqliyyat vasitəsinə birbaşa tuş gəlib.

“Bu zərbə nəticəsində dörd nəfər həlak olub. Hazırda aidiyyəti xidmətlər tərəfindən onların şəxsiyyətləri müəyyənləşdirilir. Həlak olanların doğmalarına və yaxınlarına səmimi başsağlığı verirəm”, – deyə Prokudin sosial şəbəkədə yazıb.

Həlak olanların adları hələ açıqlanmayıb. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə aidiyyəti orqanlar məşğuldur.

“Zərbədən sonra sürücü qiymətli vaxtını itirməmək üçün zədələnmiş nəqliyyat vasitəsilə xəstəxanaya getmək qərarına gəlib. O, ikinci dəfə hücuma məruz qalmaq riskini gözə alıb, lakin ən vacib məsələ yaralıları mümkün qədər tez həkimlərin yanına çatdırmaq olub”, – deyə açıqlamada bildirilir.

Vilayət hərbi administrasiyasından bildirilib ki, həlak olanların dördü də yaşlı insanlar olub. Onlar 69 yaşlı kişi və 63, 71 və 89 yaşlı üç qadındır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026