• Bakı 29° C

    8.1 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Rusiya Ukraynanı atəşə tutur

DÜNYA

19 Avqust 2026 | 10:16

Rusiya Ukraynanı atəşə tutur

Rusiya qoşunları Ukraynanın Xerson və Zaporojye vilayətlərini atəşə tutub, nəticədə 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Rusiya qoşunlarının vilayəti atəşə tutması nəticəsində doqquz nəfər xəsarət alıb.

Bundan başqa, sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 1 019 zərbə endirib. Vilayətin rəhbəri İvan Fyodorov zərbələr nəticəsində 2 nəfərin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirib.

Onun sözlərinə görə, sutka ərzində regionun yaşayış məntəqələrinə 1 019 zərbə qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026