• Bakı 20° C

    5.85 m/s

Güclü külək hərbi təlimi pozdu - Ağacdan asılı qaldılar

DÜNYA

18 Sentyabr 2026 | 00:20 | Müəllif: Subhan Mahmudov

Güclü külək hərbi təlimi pozdu - Ağacdan asılı qaldılar

Belçikada keçirilən beynəlxalq hərbi təlimlər zamanı NATO paraşütçüləri güclü külək səbəbindən ağacların üzərinə düşüblər.

Bakıvaxtı.az RTL telekanalına istinadla xəbər verir ki, insident Belçikanın Limburq əyalətinin Hekstel-Eksel bələdiyyəsində baş verib.

Məlumata görə, “Falcon Leap” beynəlxalq təlimlərində iştirak edən 5 paraşütçü qəfil güclü külək axınına düşərək idarəetməni itirib və ağacların budaqlarına çırpılıb.

Hadisə nəticəsində ABŞ, Böyük Britaniya və Almaniyadan olan hərbçilər xəsarət alıb. Əsgərlərdən birinə xilasedicilərin köməyi olmadan ağacdan düşmək müvəffəq olub. Ağır yaralanan iki paraşütçü isə dərhal xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, bir qədər əvvəl NATO hərbçiləri Estoniyadakı poliqonda da oxşar bədbəxt hadisə zamanı xəsarət almışdılar./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026